Azərbaycan maşınları dünya bazarında? - Hansı addımlar atılmalıdır?
16 il əvvəl Azərbaycanda avtomobil sənayesində mühüm addım atıldı. Ölkəmiz öz avtomobil istehsalına başladı.
Bu hadisə bir çox vətəndaş tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılandı. İnsanlar düşünürdülər ki, yerli istehsal olan avtomobillər xarici markalarla müqayisədə daha münasib qiymətə təqdim olunacaq. Lakin zaman keçdikcə gözləntilər tam olaraq özünü doğrultmadı.
Bəs ölkəmizdə istehsal olunan avtomobillərə vətəndaşlar arasında maraq niyə azdır?
Baku TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yerli avtomobillərə marağın zəif olmasının əsas səbəblərindən biri bazarda xarici ölkə istehsalı olan avtomobillərin daha sərfəli qiymətlərlə satışa çıxarılmasıdır. Eyni zamanda, sürücülər keyfiyyət, texnologiya və ehtiyat hissələri baxımından da xarici markalara üstünlük verirlər.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Çinin avtomobil sənayeçiləri postsovet ölkələrinə öz məhsullarını ixrac edəndən sonra daxili istehsala olan tələbat bir qədər azaldı:
"Çünki burada, əsasən, qiymətdə rəqabətlilik məsələsi var. Yaxşı olardı ki, müəyyən idarə və qurumlar imkan daxilində yerli nəqliyyat vasitələrinə üstünlük versinlər".
İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, Azərbaycanda fəaliyyət göstərən avtomobil zavodları hələlik nə xarici bazara çıxış əldə edə bilir, nə də daxili tələbatı tam şəkildə qarşılayır.
Ekspertin fikrincə, bu sahənin inkişafı üçün həm istehsal gücü, həm də texnoloji imkanlar genişləndirilməlidir:
"Mövcud vəziyyət digər bazarlara avtomobil ixracı üçün əsas vermir, istehsal yalnız yerli tələbatın ödənməsinə yönəlib. Lakin zavodlar nəinki ixracı, heç daxili tələbatın da əhəmiyyətli hissəsini ödəyə bilmir, bazarda payı çox cüzidir".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
Sular üzərində qurulan möcüzə













