KOB evlərində "G2B" xidmətlər göstərən qurumların adları açıqlanıb
Far.Az xəbər saytı

KOB evlərində "G2B" xidmətlər göstərən qurumların adları açıqlanıb


Ötən il KOB evlərində biznes subyektlərinə göstərilmiş 543 033 xidmətin 464 325-i beş dövlət qurumu tərəfindən təqdim edilib.

Bu barədə "Far.Az"a KOBİA-dan məlumat verilib.

Bildirilib ki, ötən il sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, gömrük ximətləri, fitosanitar sertifikatın alınması üçün müraciət ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 257 699 (47,5 %), "Azərpoçt" MMC 96 902 (17,8 %), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 62 051 (11,4 %), Dövlət Gömrük Komitəsi 30 384 (5,6 %) və Qida Təhlükəsizliyi Agentliyi 17 289 (3,2 %) xidmət göstərib.

Qeyd edək ki, KOB evləri sahibkarların dövlət ("G2B") və biznes ("B2B") xidmətlərinə vahid məkanda sürətli və rahat çıxışını təmin edən mərkəzlərdir. Sahibkarların "G2B" və "B2B" xidmətlərə KOB evləri vasitəsilə çıxması onların vaxtına və resurslarına qənaət etməsinə imkan verir.

Fatimə Bağırova

Oxşar xəbərlər

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilmə qaydası AÇIQLANDI
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər