Ucarda məktəbdə yanğın olub
Far.Az xəbər saytı

Ucarda məktəbdə yanğın olub


Ucarda məktəb binasında yanğın qeydə alınıb. Hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Məktəbin ilk günündən FOTOLAR
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər