Cüdo məşqçiləri üçün maarifləndirici seminar təşkil olunub
Far.Az xəbər saytı

Cüdo məşqçiləri üçün maarifləndirici seminar təşkil olunub


Cüdo üzrə Azərbaycan milli komandalarının baş həkimi Ramil Vəliyevin təqdimatında məşqçilər üçün kəllə-beyin travmalarının profilaktikası mövzusunda maarifləndirici seminar təşkil olunub.

Azərbaycan Cüdo Federasiyasından "Far.Az"a verilən məlumata görə, seminarın əsas məqsədi idman mühitində baş verə biləcək travmaların qarşısının alınması, erkən əlamətlərin tanınması və düzgün ilkin müdaxilə mexanizmlərinin məşqçilərə çatdırılması olub. Tədbir zamanı iştirakçılara kəllə-beyin travmalarının yaranma səbəbləri, risk faktorları və onların uzunmüddətli təsirləri barədə ətraflı məlumat verilib.

Xüsusilə vurğulanıb ki, idman zamanı baş nahiyəsinə zərbə hallarında ilkin simptomların vaxtında müəyyən edilməsi və idmançının dərhal tibbi qiymətləndirilməsi həyati əhəmiyyət daşıyır. Bu təşəbbüs milli komandalarda sağlamlıq və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin tərkib hissəsidir.

Gələcəkdə də məşqçilər və idman mütəxəssisləri üçün bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər