AYNA sədrindən "parkovşik"lərin pul tələb etməsinə REAKSİYA
Bazar günləri istənilən şəxsin - üzərində hansısa jiletin olub-olmamasından asılı olmayaraq - sürücüdən avtomobilini park edərkən pul tələb etməsi qanunsuzdur, sürücülər belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, dövlət tərəfindən qərar qəbul olunub ki, bazar günləri parklanma ödənişsiz olsun: "Bu səbəbdən həmin gün istənilən şəxsin - üzərində hansısa jiletin olub-olmamasından asılı olmayaraq - sürücüdən pul tələb etməsi qanunsuzdur. Bu, sadəcə vətəndaşdan əsassız şəkildə pul tələb etməkdir. Belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. "Azparking" əməkdaşları da mütəmadi olaraq maarifləndirmə işləri aparırlar və artıq əksər vətəndaşlar bilir ki, bazar günləri parklanma pulsuzdur və həmin gün ödəniş tələb edilməsi qanunaziddir. Qanunvericilikdə bununla bağlı kifayət qədər ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub - yüksək məbləğdə cərimələr, hətta bəzi hallarda inzibati həbs tədbirləri də tətbiq oluna bilər. Hüquq-mühafizə orqanları bu istiqamətdə müvafiq tədbirlər görürlər. Əslində, bu məsələyə "yolda vətəndaşdan qanunsuz şəkildə pul tələb edilməsi" kimi yanaşmaq lazımdır. Necə ki, kimsə parkın girişində dayanıb sizdən əsassız ödəniş tələb etsə, bu qəbulolunmaz və qanunsuz hesab edilər, eyni yanaşma burada da keçərlidir".
A.Rzayev qeyd edib ki, Bakıda parklanma sistemi son illərdə ciddi şəkildə dəyişib: "İlk növbədə, elektron sistem tətbiq olunub və parklanmanın idarə olunması tamamilə yeni model əsasında qurulub. Hazırda ödənişli parklanmanın tətbiq olunduğu küçələrlə tətbiq olunmadığı əraziləri müqayisə etsək, avtomobillərin daha nizamlı şəkildə park edildiyini görmək mümkündür. Əvvəllər yanlış parklanma halları daha çox müşahidə olunurdu və buna görə cərimələr tətbiq edilirdi. İndi isə sürücülər qaydalara daha çox əməl etdikləri üçün belə hallar xeyli azalıb".
Oxşar xəbərlər
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq













