Bəstəkar Ruhin İsmayılov: "Azərbaycanda keyfiyyətli film musiqisi yaza bilmərəm"
Müasir dövrdə musiqi sənayesi sürətlə dəyişsə də, sənət və yaradıcılıq anlayışlarının aktuallığı hələ də müzakirə mövzusudur.
Baku TV-nin suallarını bu dəfə bəstəkar, aranjimançı və prodüser Ruhin İsmayılov cavablandırıb.
O, Türkiyə serial və filmlərinin musiqilərinin yadda qalmasının səbəblərindən danışarkən bildirib ki, keyfiyyətli ekran işi musiqisinin hazırlanması üçün kifayət qədər vaxt tələb olunur:
"Bir musiqi üçün minimum altı ay vaxt lazımdır. Bizdə isə əksinə olur. Elə hallar var ki, deyirlər, bir aya filmin premyerasıdır və musiqi hazır olmalıdır. Bir aya necə keyfiyyətli musiqi ərsəyə gətirmək olar? Həm büdcə yoxdur, həm də tələsdirirlər ki, yaxşı iş ortaya çıxsın".
Ruhin İsmayılovun sözlərinə görə, bu sahədə əsas problem düşüncə tərzinin dəyişməməsidir:
"Peşəkarlıq çox azdır. Əgər mütəxəssis çatışmırsa, xaricdən gətirsinlər. Bir filmdə iki bəstəkar, iki rejissor, iki ssenarist olsun. Bu bizim üçün də təcrübə olar və film sahəmizin inkişafına kömək edər".
Prodüser mahnı sektorunda bəstəkar əməyinə dəyər verən ifaçılar barədə də danışıb. Onun sözlərinə görə, bu məsələdə ən nümunəvi sənətçilərdən biri Röyadır:
"Mənə elə gəlir ki, musiqiçilərin haqqını ən yaxşı şəkildə verən müğənnilərdən biri Röyadır".
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq













