Ramazan ayının sirri: Nəfsin tərbiyəsi və mənəvi yüksəliş
"Ramazan ayı təkcə aclıq və susuzluqla yadda qalan bir ibadət dövrü deyil. Bu ay insanın daxilinə yönəldiyi, nəfsi ilə üzləşdiyi və ruhunu saflaşdırdığı xüsusi bir zaman kəsiyidir. Oruc, zahirdə fiziki çətinlik kimi görünsə də, əslində dərin mənəvi təkamül prosesidir".
Bunu BAKU.WS-ə açıqlamasında ilahiyyatçı Fərid Abdullah bildirib.
O əlavə edib ki, Ramazan insanın iradəsini möhkəmləndirən və daxili dünyasını zənginləşdirən ilahi bir fürsətdir:
"Oruc sadəcə yemək və içməkdən imtina etmək demək deyil. Oruc tutan insan yalnız mədəsini deyil, dilini, gözünü, qulağını və düşüncələrini də nəzarətdə saxlamalıdır. Əsl oruc insanın sözlərini, əməllərini və niyyətlərini saflaşdırmasıdır".
Nəfsin tərbiyəsi və təqvaya aparan yol
Mütəxəssis vurğulayıb ki, Ramazan ayı nəfsani istəklərin cilovlandığı, səbir və şükür hisslərinin gücləndiyi bir məktəbdir. Bu ay insanı təqvaya, yəni Allah qorxusu və məsuliyyət hissi ilə yaşamağa sövq edir.
"Ramazan ibadət baharıdır. Bu ay həm təlim, həm tərbiyə, həm də mənəvi təmizlik dövrüdür. İnsan bu müddətdə özünü yenidən kəşf edir, daxili aləmini islah etmək imkanı qazanır", – deyə o əlavə edib.
Ramazan – Allaha yaxınlaşmaq fürsəti
Fərid Abdullahın fikrincə, Ramazan ayı Allaha yaxınlaşmaq üçün ən əlverişli zamandır. Bu ayda edilən ibadətlər və səmimi dualar insanın həyatında dönüş nöqtəsi yarada bilər.
Onun sözlərinə görə, bu ayın qədrini bilən insanlar həm mənəvi, həm də maddi çətinliklərin öhdəsindən daha asan gəlirlər:
"Xoşbəxt və səadətli insanlar Ramazanın dəyərini anlayanlardır. Onlar bu ayın bərəkətindən istifadə edərək həyatlarını düzənə salır, ruhlarını zənginləşdirir və problemlərinə çıxış yolu tapırlar".
Orxan Hüseyn
Oxşar xəbərlər
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib
Bu gün ilk Qədr gecəsidir
Bu gün Üçüncü Qədr gecəsidir
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər













