TDT-nin qlobal yüksəliş dinamikasında Azərbaycanın fəaliyyəti xüsusi çəkiyə malikdir - RƏY
Türk Dövlətləri Təşkilatının (TDT) qlobal yüksəliş dinamikasında Azərbaycanın fəaliyyəti xüsusi çəkiyə və həlledici rola malikdir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Türk dünyasının sarsılmaz birliyi naminə son dərəcə sistemli, qətiyyətli və uzaqgörən xətt yürüdür:
"Bakının irəli sürdüyü qlobal təşəbbüslər, reallaşdırdığı nəhəng regional layihələr və təşkilat daxilindəki çevik diplomatik gedişləri TDT-nin institusional baxımdan yetkinləşməsində müstəsna rol oynayır. Bu strateji addımlar həm tərəfdaşlıq üfüqlərini şaxələndirir, həm də bütöv türk coğrafiyasında güclü bir siyasi yekdilliyin bərqərar olmasına həlledici təkan verir".
Deputat qeyd edib ki, TDT-nin yaradılması və formalaşması tarixi birbaşa Azərbaycanın strateji təşəbbüsləri ilə bağlıdır:
"Qurumun əsası 2009-cu il oktyabrın 3-də Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Sammitində qoyulub. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderləri tərəfindən imzalanan "Naxçıvan Sazişi" ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edilib. Keçən dövr ərzində təşkilatın struktur strukturunun təkmilləşdirilməsi və hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb".
A.Məmmədov vurğulayıb ki, TDT-nin qeyri-rəsmi sammitlərinin keçirilməsi praktikasının ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə Şuşada reallaşdırılması təşkilat daxilində tamamilə yeni bir siyasi dialoq mədəniyyətinin əsasını qoydu:
"2024-cü ilin iyulunda qədim Qarabağ torpağında baş tutan bu ilk qeyri-rəsmi Zirvə toplantısı Türk dünyasının siyasi yekdilliyini və ortaq strateji iradəsini qlobal miqyasda nümayiş etdirdi. Həmin görüşdə imzalanan tarixi Qarabağ Bəyannaməsi isə üzv dövlətlərin vahid gələcək baxışını rəsmiləşdirən fundamental sənədə çevrildi. Bu strateji xəttin davamı olaraq, 2025-ci il oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi həm siyasi, həm də rəmzi baxımdan dərin məna kəsb edirdi. Müasir dövrdə TDT-nin qarşısında duran əsas hədəf praktiki əməkdaşlıq mexanizmlərini daha real və işlək etməkdir. Bu mənada Qəbələ sammiti sadəcə bəyanatların səsləndiyi platforma deyil, real iqtisadi layihələrin, innovativ təşəbbüslərin və birgə qərarların qəbul edildiyi tarixi bir dönüş nöqtəsi oldu".
Milli Məclisin üzvü söyləyib ki, Qazaxıstanın mənəvi paytaxtı sayılan Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının inteqrasiya tarixində növbəti mühüm səhifə açdı:
"Zirvə toplantısında rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında çox mühüm geostrateji məqamlara toxunub. Dövlət başçısı xüsusilə vurğulayıb ki, ilk dəfə 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Şuşada əsası qoyulan qeyri-rəsmi sammitlər praktikası artıq gözəl bir ənənəyə çevrilib. Bu gün tam qətiyyətlə demək olar ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu və çəkisi sürətlə artmaqda, qlobal siyasi-iqtisadi proseslərdəki rolu güclənməkdədir".
Oxşar xəbərlər
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər












