"Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU
Far.Az xəbər saytı

"Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq edən şəxsə HÖKM OXUNDU


"Ege Hospital"a işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Far.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan N.Vəliyeva 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onun şübhəli şəxs qismində saxlandığı üm gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, N.Vəliyeva başqa bir neçə nəfərə qarşı da dələduzluq edib. O, zərərçəkmişlərin ümumilikdə 26 512 manatını dələduzluq yolu ilə ələ keçirib. N.Vəliyeva qurbanlarını əmək pensiyası, əlillik dərəcəsi düzəltmək, cadu təmizləmək və bu kimi vədlərlə aldadıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər