"Səbail"in kapitanı: "Az yaşım yoxdur, heç kim şəxsiyyətimi alçalda bilməz"
"Səbail"in kapitanı Yusif Nəbiyev komandadan qarşılıqlı razılıq əsasında ayrılıb.
Bu barədə "Far.Az"a 28 yaşlı futbolçunun özü məlumat verib.
O, baş məşqçi Adil Şükürovla aralarında yaşanan qalmaqaldan danışıb:
"Baş məşqçi Adil Şükürovla aramızda olan məsələdə özümü günahkar sayıram. MOİK-lə matçda əvəz olunmaq istəmədim. Lakin bunun üçün özümə görə səbəblərim var idi. Mən "Şəfa" ilə çempionluq uğrunda matçda zədəli halda meydanda çıxdım, əziyyət çəkdim. Belə bir görüşdə meydanı tərk etmək istəmirdim. Çünki heç kimdən zəif oynamırdım. Lakin matçdan sonra baş verən bəzi hadisələrə görə vəziyyət dəyişdi. Detallara girmək istəmirəm. Az yaşım yoxdur, heç kim şəxsiyyətimi alçalda bilməz".
O, komandadan ayrılmasına bu cür münasibət bildirib:
"Komandadan uzaqlaşdırılmamışam. Bu, qarşılıqlı razılıq əsasında olub".
Yusif Nəbiyev cari mövsümün sonuna qədər heç bir klubda çıxış edə bilməyəcəyini vurğulayıb:
"Maya qədər futbolsuz qalacağam. Lakin fərdi olaraq məşqlərimi davam etdirəcəm. Futbolu dayandırmaq fikrim yoxdur".
Futbolçu klub rəhbərliyi ilə münasibətinin yaxşı olduğunu söyləyib:
"Rəhbərliklə münasibətimiz qaydasındadır. Hər halda, nə Adil Şükürov, nə də mən belə olmasını istəməzdik. Həyat davam edir, hər kəsə uğurlar arzu edirəm".
Qeyd edək ki, Azərbaycan I Liqasının XV turunda keçirilən MOİK – "Səbail" matçının 60-cı dəqiqəsində baş məşqçi Adil Şükürov kapitan Yusif Nəbiyevi əvəzləmək istəsə də, futbolçu meydanı tərk etməkdən imtina edərək oyuna davam edib və bu da qalmaqala səbəb olub.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













