Çin "Tyançjou-10" yük kosmik gəmisini orbital stansiyaya buraxıb
Çin "Tyançjou-10" yük kosmik gəmisini uğurla "Tyanqun" orbital stansiyasına buraxıb.
"Report"un xəbərinə görə, bu barədə Çinin Pilot Kosmik Uçuşları İdarəsi məlumat yayıb.
Buraxılış cənubi Haynan əyalətinin Vençan kosmodromundan yerli vaxtla səhər saat 8:14-də (Bakı vaxtı ilə səhər saat 4:14) "Çançjen-7" raket daşıyıcısı ilə həyata keçirilib.
Uçuşdan təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən uğurla ayrılıb və təyin olunmuş orbitə daxil olub. Günəş panelləri normal şəkildə işə düşüb.
"Tyançjou-10"un tezliklə Tyanqun orbital stansiyası ilə birləşməsi planlaşdırılır.
Kosmik gəmi kosmosa gəzinti kostyumu, yanacaq, heyət üçün ləvazimatlar və elmi təcrübələr üçün avadanlıqları orbitə çatdıracaq.
Bu, "Tyançjou" seriyalı kosmik gəminin onuncu uçuşudur. Hazırkı missiya Çinin pilotlu kosmik uçuş proqramının 39-cu və "Çançjen" raket daşıyıcısının 641-ci buraxılışıdır.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub













