10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
Far.Az xəbər saytı

10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb


Bakının Xətai rayonunda qohumunun evindən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə BAKU.WS Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9 min manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Bakıda qohumunun evindən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
"Qarabağ"la oyun üçün Bakıya gələn ingilis azarkeşlərinin əyləncəsi
Azərbaycanlı turistlərin nəyə pul xərclədiyi məlum oldu
Xətai rayonunda imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər