Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq
Far.Az xəbər saytı

Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq


Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq.

"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumunda deyib.

Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanıb, hazırda müvafiq orqanlarla razılaşdırma mərhələsindədir.

S.Hacıyev həmçinin bildirib ki, rəqəmsallaşma prosesində bir çox konstitusion tələblər var:

"On ildən artıqdır elektron məhkəmə sistemində yeniliklər aparılsa da, müəyyən işlər hələ də qalır. Bu gün ən çətin mərhələ inzibati və mülki işlər üzrə tam elektronlaşdırılmaya keçidlə bağlıdır".

Şura üzvü eyni zamanda qeyd edib ki, elektron məhkəmə sistemi çərçivəsinə kağız sisteminin də tam dayandırılması nəzərdə tutulur.

"Tam elektron keçid qarşıda perspektivlər vəd edir. Bu, ilk növbədə, məhkəmə iclaslarının onlayn formada keçirilməsinə imkan verəcək. Vətəndaşların müxtəlif bölgələrdən məhkəməyə gəlməsinin qarşısını alacaq. Bu həm də hakimlərin iş yükünün azaldılmasına xidmət edəcək. Həmçinin tam elektron bazaya keçid zamanı datanın formalaşması süni intellektin tətbiqinə də şərait yaradacaq".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər