"Moody's": "Cənub Qaz Dəhlizi" şirkətinin minoritar səhm paketi ilin sonunadək XRG-yə satılacaq
Far.Az xəbər saytı

"Moody's": "Cənub Qaz Dəhlizi" şirkətinin minoritar səhm paketi ilin sonunadək XRG-yə satılacaq


"Moody's Ratings" beynəlxalq reytinq agentliyi, Azərbaycanda təbii qaz və qaz kondensatının hasılatı, eləcə də onların regional və Avropa bazarlarında satışı və nəqli ilə məşğul olan dövlət şirkəti - "Cənub Qaz Dəhlizi" QSC (SGC) üzrə uzunmüddətli emitent kredit reytinqlərini yerli və xarici valyutada "Baa3" səviyyəsində, baza kredit qiymətləndirməsini (BCA) isə "baa3" səviyyəsində təsdiq edib.

"Far.Az"un "Moody's"ə istinadən verdiyi məlumata görə, reytinqlər üzrə proqnoz "müsbət" qiymətləndirilib.

"SGC-nin "Baa3" səviyyəsindəki reytinqləri və müsbət proqnoz Azərbaycanın suveren reytinqinə uyğundur və flaqman qaz layihələrində dövlətin maraqlarını təmsil etməsindəki rolu vasitəsilə şirkətin strateji əhəmiyyətini, eləcə də birbaşa və dolayısı ilə dövlət mülkiyyətində olmasını və zəmanətlər daxil olmaqla təsdiqlənmiş dəstək tarixçəsini əks etdirir.

Hazırda dövlət SGC-nin səhmlərinin 49 %-nə birbaşa sahibdir, qalan 51 % isə tamamilə dövlətə məxsus inteqrasiya olunmuş milli neft-qaz şirkəti olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR, "Baa3" stabil) mülkiyyətindədir. Dövlətin 2026-cı ilin sonunadək SGC-nin minoritar səhm paketini Əbu-Dabi Milli Neft Şirkətinin beynəlxalq investisiya bölməsi olan XRG şirkətinə satmağı planlaşdırmasına baxmayaraq, biz dövlətin SGC-nin strategiyası və siyasəti üzərində nəzarəti və təsirini qoruyub saxlayacağını gözləyirik. Buna görə də, dövlətlə bağlı emitentlərin reytinq metodologiyamıza uyğun olaraq, SGC-ni dövlətlə əlaqəli emitent kimi nəzərdən keçiririk.

Bu metodologiyaya əsasən, şirkətin reytinqinə onun müstəqil kredit qabiliyyətini əks etdirən "baa3" səviyyəsində BCA, xarici valyutada Azərbaycanın "Baa3" səviyyəsində reytinqi, şirkət və dövlət arasında defoltun çox yüksək korrelyasiyası və maliyyə çətinlikləri yarandıqda fövqəladə dövlət dəstəyinin yüksək ehtimalı daxildir", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər