Elmin Məmmədov: "Yeni texnologiyalar ənənəvi sektorları üç dəfə üstələyir"
Far.Az xəbər saytı

Elmin Məmmədov: "Yeni texnologiyalar ənənəvi sektorları üç dəfə üstələyir"


Yeni texnologiyalar iqtisadiyyatın ənənəvi sektorları ilə müqayisədə üç dəfə daha yüksək artım tempinə malikdir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Azərbaycan Hakimlərinin II Forumu"nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni texnoloji inkişaf artıq qlobal tərəqqinin əsas hərəkətverici qüvvəsinə çevrilib:

"​Təhlillər göstərir ki, bu sahə ənənəvi iqtisadi sektorlarla müqayisədə üç dəfə daha sürətlə inkişaf edir və daha yüksək əlavə dəyər yaradır. Buna görə də dünya dövlətləri bu istiqamətdə irəliləyişi təmin etmək üçün müxtəlif imkanlar formalaşdırır, insan kapitalını gücləndirir və infrastruktur layihələrinə ciddi investisiyalar yatırırlar".

Nazir müavini qeyd edib ki, Azərbaycanda son illərdə həyata keçirilən islahatlar da məhz texnoloji inkişaf sıçrayışı üçün baza formalaşdırmağa xidmət edir. Onun fikrincə, iqtisadi sabitlik, sosial rifahın yüksəlməsi və kifayət qədər valyuta ehtiyatlarının mövcudluğu bu sahəyə xüsusi diqqət ayırmağa imkan verir.

E. Məmmədov bildirib ki, son iki ildə rəqəmsallaşma və süni intellekt sahəsində 200-dən çox normativ-hüquqi akt qəbul olunub.

O qeyd edib ki, qəbul edilən normativ-hüquqi aktlar nəticəsində rəqəmsal mühitdə formalaşan sənədlər - şəxsiyyət vəsiqəsi, təhsil, əmlak və sosial təminat sənədləri - artıq fiziki daşıyıcıda təqdim olunan sənədlərlə tam bərabər hüquqi qüvvəyə malikdir və bu, qanunvericilikdə təsbit olunub.

Nazir müavini əlavə edib ki, infrastruktur quruculuğu istiqamətində də mühüm işlər görülüb:

"Son iki ildə əsas diqqət mərkəzi infrastrukturun gücləndirilməsinə yönəldilib. Prioritet obyekt kimi Elektron Hökumət İnformasiya Sistemi müəyyən edilib. Bu sistem dövlət orqanları və qurumları arasında sistemlərarası proseslərin rəqəmsal mühitdə mübadiləsini təmin edir. Buraya həm sənəd, həm də məlumat xarakterli proseslər daxildir. Cari vəziyyət göstərir ki, demək olar, çox az sayda informasiya sistemi bu platformadan kənarda qalıb".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər