Kəmalə Abıyeva: Rəqəmsallaşmadan sonra kommersiya mübahisələrinə müraciətlər artıb
Rəqəmsallaşma prosesi nəticəsində kommersiya mübahisələrinə müraciətlər artıb, işə baxılma işləri sürətlənib.
"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abıyeva Azərbaycan Hakimlərinin II Forumunda deyib.
Onun sözlərinə görə, kommersiya proseslərinin daha tez baxılması sahibkarlar üçün olduqca önəmlidir:
"Müvafiq qanunvericiliyə edilən dəyişikliklə kommersiya icraatında rəqəmsallaşma nəticəsində proseslər sürətlənib. Artıq sahibkarlıq subyektləri asanlıqla məhkəmələrə müraciət edə bilirlər. Artıq sübut sənədlər də müasirləşdirilib. Əvvəllər mütləq sübut sənədlər təqdim edilməli idi. Elektron icraatdan sonra isə elektron kabinetlərə təqdim edilən sübutlar qəbul edilir. Yalnız istisna hallarda sənəd formasında istənilən bilər. Elektronlaşmış sübutlar kommersiya mübahisələrinə istifadə edilir. Həmçinin xərclərə, resursların optimallaşdırılmasına nail olunub".
Sədr qeyd edib ki, elektron məhkəmə sistemində süni intellektin tətbiqi də imkanları daha da genişləndirəcək:
"Elektronlaşma prosesi gedirsə, kağız daşıyıcıları azaltmalıyıq. Kağız daşıyıcıdan hazırda tam imtina etsək müəyyən problemlər olacaq".
Oxşar xəbərlər
Qadın sahibkarlar üçün "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi bu il də davam etdirilir
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda bu məhkəmələrə sədr və müavinlər təyin edildi - SƏRƏNCAM
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib













