Qadın sahibkarlar üçün "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi bu il də davam etdirilir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), "Marsol Group" və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsinə yenidən start verilib.
Far.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bu məqsədlə "Bakı KOB evi"ndə keçirilən tədbirdə layihənin təşkilinə dəstək göstərən təşkilatların nümayəndələri və qadın sahibkarlar iştirak ediblər.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və "Marsol Group"un təsisçisi Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri, bu sahədə özəl sektorun təşəbbüsləri və layihə barədə ətraflı məlumat veriblər. Bildirilib ki, artıq üçüncü ildir keçirilən layihənin məqsədi qadın sahibkarların iqtisadi və sosial həyatda fəallığının artırılması və onlar arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Builki layihədə müxtəlif sektorları təmsil edən 100-dən çox qadın sahibkar iştirak edəcək. Layihə çərçivəsində müxtəlif mövzularda təlim, seminar və master klaslar, işgüzar görüşlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək.
Tədbir çərçivəsində layihə ilə bağlı filmlər nümayış olunub, həmçinin builki layihə tərəfdaşlarının fikirləri dinlənilib.
Tədbirdə iştirak edən qadın sahibkarlar "Bakı KOB evi"nin fəaliyyəti, burada sahibkarlara göstərilən xidmətlərlə tanış olublar.
Qeyd edək ki, "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi 2024-cü ildən icra olunur. "Kapital Bank", "Məlhəm Beynəlxalq Hospital", "Corian Baku", "Ətirşah Parfüm", "Gizli Bahçe" restoranı və "Moon Group" builki layihənin tərəfdaşları və dəstək göstərənləri sırasındadır. Layihənin bu ilin mart ayında başa çatdırılması nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir













