Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.
Bu barədə "Report"a BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Tədbiri açan BDU-nun rektoru Elçin Babayev Azərbaycanla Laos arasında dostluq münasibətlərinin uzun tarixə malik olduğunu, sovet dövründə çoxsaylı Laos gənclərinin Azərbaycanda təhsil aldığını vurğulayıb.
O, BDU-nun Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında sovet dövründə 2 minə yaxın Laos vətəndaşının Azərbaycanın müxtəlif ali məktəblərində təhsil aldığını bildirib.
E.Əmrullayev Laosdan olan gəncləri Azərbaycanda təhsil imkanlarından yararlanmağa dəvət edib, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının yaratdığı imkanlardan danışıb, iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Thonqlun Sisulit çıxışında ölkəsinin müharibənin ağır nəticələrinin aradan qaldırılması, milli inkişaf və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində səylərindən bəhs edib.
O, Azərbaycan-Laos münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların araşdırılmasına toxunub.
Görüş zamanı BDU-nun tələbələri Laos Prezidentinə suallar ünvanlayıb, Thonqlun Sisulit onların suallarını cavablandırıb.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
-
Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb













