Azərbaycan gömrüyü inzibati icraat üzrə rəqəmsal platformanın tətbiqinə hazırlaşır
Far.Az xəbər saytı

Azərbaycan gömrüyü inzibati icraat üzrə rəqəmsal platformanın tətbiqinə hazırlaşır


Dövlət Gömrük Komitəsi inzibati icraat üzrə rəqəmsal platformanı bu ildən mərhələli şəkildə reallaşdırmağı planlaşdırır.

"Far.Az" xəbər verir ki, bunu Komitənin sədr müavini Güloğlan Muradlı Bakıda keçirilən "Azərbaycan Hakimlərinin II Forumu"nda bildirib.

"Bu, inzibati prosedurlara nəzarətin həyata keçirilməsi, analitik təhlil aparılması, təkrarlanan mübahisələrin aradan qaldırılması üçün lazımi alətlər tapmağa geniş imkan yaradacaq. Bizim irəli sürdüyümüz rəqəmsal platforma - biz bunu hər il keçirilən Gömrük-Biznes Forumunda təqdim etmişik - dəyərin müəyyənləşdirilməsi üçün layihədir. Onun hesabına biznes subyektləri çox qısa zamanda malın gömrük dəyərini müəyyən edə biləcəklər. Komitə bir sıra addımlarla işin həcminin azalmasında mühüm rol oynayır. O cümlədən bəzi metodiki göstərişlər təsdiq olunub, aidiyyəti üzrə göndərilib. Bunlar, "İnzibati icraat haqqında" qanunun düzgün tətbiqi və digər məsələlərlə bağlıdır", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir - YENİLƏNİB
Şabranda çay yatağı "zibil poliqonu"na çevrilib, icra hakimiyyəti cərimələrin tətbiqinə hazırlaşır
Dünən restoranda həyatını itirən Cavidan Muradlı dəfn olundu
Azərbaycanda ötən il gömrük orqanları məhkəmə işlərinin 83 %-dən qalib çıxıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər