Sərnişin və yükdaşıma üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün sürücülərdən tələb olunacaq sənədlərin siyahısı açıqlanıb.
"Far.Az" xəbər verir ki, bu barədə Milli Məclisin fevralın 24-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilmiş "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik edilməsi barədə layihədə qeyd olunub.
Bildirilib ki, sürücünün narkotik sərxoşluq vəziyyətinin, vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat olmalıdır.
Həmçinin sürücülərin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri təqdim edilməlidir.
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər də tələb olunur. Qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası da yoxlanılır.
Bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri təqdim edilməlidir.
Oxşar xəbərlər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur













