KİV: Lekornu Makronla məsləhətləşmələrdən sonra hökumət dəyişikliklərini təxirə salıb
Fransanın Baş naziri Sebastyan Lekornu respublika Prezidenti Emmanuel Makronla məsləhətləşmələrdən sonra əvvəlcədən elan edilmiş hökumət dəyişikliklərini təxirə salıb.
"Report" xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti Nazirlər Kabinetinin başçısının ətrafındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Baş nazir hökumətin enerji siyasətindən narazı olan sağçı "Milli Birlik" Partiyasının Fransanın Milli Assambleyasına (parlamentin aşağı palatası) təqdim etmək niyyətində olduğu etimadsızlıq qətnaməsi səbəbindən kabinetin yenilənməsindən müvəqqəti imtina edib.
"Baş nazir "Milli Birlik" tərəfindən təklif edilən etimadsızlıq votumunun müzakirəsinin elan edilməsini gözləyir", - nəşrin mənbəsi bildirib.
Qeyd olunub ki, kabinetdə dəyişikliklər ən tezi 25 fevralda həyata keçiriləcək. Hökuməti tərk edəcək üç nəfər artıq məlumdur: "Paris meri seçkilərində iştirak edən mədəniyyət naziri Raşida Dati, Hesablama Palatasının rəhbəri vəzifəsinə təyin olunmuş dövlət hesablarına cavabdeh nazir Ameli de Monşalen, həmçinin muxtariyyət və əlillik məsələləri üzrə nazir Şarlot Parmentye-Lekok hökuməti tərk edəcək".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













