Amsterdamın hava limanında iki təyyarə yedəkləmə zamanı toqquşub
Far.Az xəbər saytı

Amsterdamın hava limanında iki təyyarə yedəkləmə zamanı toqquşub


Niderlandın KLM aviaşirkətinin iki təyyarəsi Sxiphol hava limanında toqquşub.

"Report" xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı təyyarələrdən biri hərəkətsiz vəziyyətdə olub, digəri isə yedəkləmə zamanı ona dəyib.

Hadisənin başvermə səbəbi araşdırılır, mütəxəssislər hər iki təyyarənin texniki yoxlanışını həyata keçirirlər.

"Biz müvafiq orqanlarla birlikdə hadisənin səbəbini araşdırırıq və təyyarəni yenidən istismara qaytarmazdan əvvəl hərtərəfli yoxlayacağıq", - aviaşirkətin nümayəndəsi bildirib.

Qeyd olunur ki, reyslərdən birinin Afinaya yola düşməsi planlaşdırılırdı, digəri isə bir müddət əvvəl Birminhemdən enib.

Hadisədən sonra hər iki təyyarənin sərnişinləri və ekipaj üzvləri qapıya qədər müşayiət olunub. Aviaşirkət bütün sərnişinlərin dərhal alternativ reyslərə yenidən bron edildiyini əmin edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər