KİV: Rasionda lif çatışmazlığı yaddaşı zəiflədə bilər
Far.Az xəbər saytı

KİV: Rasionda lif çatışmazlığı yaddaşı zəiflədə bilər


Yüksək dərəcədə emal olunmuş qidalarda lif çatışmazlığı, xüsusən yaşlılarda iltihab və yaddaş pozğunluğu ilə əlaqəli ola bilər.

"Far.Az"un məlumatına görə, "Medical Xpress" bu barədə yeni elmi araşdırmaya istinadən xəbər yayıb.

Tədqiqatın həmmüəllifi, Ohayo Dövlət Universitetinin Beyin, Davranış və İmmunologiya İnstitutunun tədqiqatçısı Rut Barrientosun sözlərinə görə, bütün növ rafinə edilmiş qidalar yaddaşı zəiflədir.

"Yağ və ya şəkər tərkibindən asılı olmayaraq, bütün növ rafinə edilmiş qidaların badamcıq vəzisi tərəfindən tənzimlənən yaddaşı zəiflətdiyini aşkar etdik", - o deyib.

Araşdırma göstərib ki, lifsiz rafinə edilmiş qidaları qəbul etdikdən cəmi üç gün sonra yaşlı siçovullarda uzunmüddətli emosional yaddaş pozğunluğu müşahidə olunub. Təhlil həmçinin bağırsaq bakteriyalarının lifi parçaladığı zaman əmələ gələn və iltihab əleyhinə xüsusiyyətlərə malik olan bir molekul olan butiratın səviyyəsinin azaldığını aşkar edib.

Barrientosun sözlərinə görə, butirat çatışmazlığı beyində nəzarətsiz iltihab və idrak pozğunluğu riskinin artması ilə əlaqələndirilə bilər.

Tədqiqatın həmmüəllifi, Ohayo Dövlət Universitetinin Fiziologiya və Hüceyrə Biologiyası üzrə dosenti Kedrin Baskin qeyd edib ki, lif çatışmazlığı rafinə edilmiş qidaların mənfi təsirində əsas amildir.

Müəlliflər lif qəbulunun artırılmasının beyin üçün faydalı ola biləcəyini, lakin bunu təsdiqləmək üçün əlavə tədqiqatların aparılmasının vacibliyini irəli sürürlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər