Gürcüstanın Bolnisi şəhərində Xocalı faciəsinin ildönümü qeyd olunub
Far.Az xəbər saytı

Gürcüstanın Bolnisi şəhərində Xocalı faciəsinin ildönümü qeyd olunub


Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Bolnisi şəhərində Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, tədbirdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi ehtiramla yad olunub, çıxışlar edilib. Natiqlər Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmayan və ağrılı səhifəsi olduğunu vurğulayaraq, bu hadisələrin yaddaşlardan silinməməsinin vacibliyini bildiriblər. Çıxışlarda qeyd olunub ki, Xocalıdan yüksələn səs şəhidlərin ruhunun harayıdır və bu haray ədalətin bərqərar olunmasına çağırışdır.

Eyni zamanda, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən bəhs edilib, şəhidlərin qanının yerdə qalmadığı diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən foto-sərgi də təşkil olunub. Sərgidə faciənin dəhşətlərini, dinc sakinlərə qarşı törədilmiş qətliamın nəticələrini və Xocalı qurbanlarının xatirəsini əks etdirən fotolar nümayiş etdirilib. İştirakçılar sərgi ilə yaxından tanış olaraq, tarixi faktların vizual şəkildə təqdimatının xüsusilə gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov "Far.Az"un Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Xocalı unudulmayan tarixdir: "Bu, bizim qan yaddaşımızdır. Tariximizi unutmamalı, onu gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq." Anım mərasimi iştirakçıların faciə qurbanlarının xatirəsinə ehtiram ifadə etməsi ilə başa çatıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər