Hindistan-ABŞ ticarət danışıqları tarif artımları səbəbindən təxirə salınıb
Far.Az xəbər saytı

Hindistan-ABŞ ticarət danışıqları tarif artımları səbəbindən təxirə salınıb


Hindistan və ABŞ rəsmiləri arasında iki ölkə arasında ticarət sazişinin mətninin yekunlaşdırılması üçün fevralın 23-də Vaşinqtonda keçirilməsi planlaşdırılan üç günlük danışıqlar təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə NDTV hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

"Hər iki tərəf hesab edir ki, Hindistanın baş danışıqçısı və onun komandasının səfəri son inkişaflar və onların nəticələri qiymətləndirdikdən sonra planlaşdırılmalıdır. Görüş qarşılıqlı məqbul bir tarixə qədər təxirə salınacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 21 fevralda sosial mediada bütün ölkələrdən idxal olunan mallara tətbiq edilən tarifləri 10%-dən 15%-ə qaldırdığını elan edib. Daha əvvəl ABŞ Hindistan mallarına qarşı qarşılıqlı tariflərin 25%-dən 18%-ə endirildiyini bəyan edib. Vaşinqton həmçinin Hindistanın Rusiya neftini alması səbəbindən tətbiq edilən 25%-lik rüsumların ləğvini də açıqlayıb.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər