BMT Baş Assambleyasının rəhbəri ABŞ-ni borcunu ödəməyə çağırıb
Far.Az xəbər saytı

BMT Baş Assambleyasının rəhbəri ABŞ-ni borcunu ödəməyə çağırıb


BMT Baş Assambleyasının rəhbəri Annalena Berbok ən böyük donor olan ABŞ-ni təşkilata olan borcunu tam ödəməyə çağırıb.

"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ hakimiyyətinin son ödənişi ümumi borc məbləğinin 5%-dən az təşkil edib - 4 milyard dollardan çox olan borcun təxminən 160 milyon dollarını.

Baş katib xəbərdarlıq edib ki, ödənilməmiş üzvlük haqlarına görə təşkilat bilavasitə maliyyə təhlükəsi ilə üzləşir.

"Hər bir üzv dövlət öz üzvlük haqqını tam və vaxtında ödəməyə borcludur və 160 milyon dollar, şübhəsiz ki, tam məbləğ deyil", - Berbok deyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər