Mərkəzi Asiya ölkələri və Britaniya XİN rəhbərləri ilk görüş keçirəcəklər
Far.Az xəbər saytı

Mərkəzi Asiya ölkələri və Britaniya XİN rəhbərləri ilk görüş keçirəcəklər


Mərkəzi Asiya ölkələri və Böyük Britaniya xarici işlər nazirlərinin ilk görüşü 2026-cı il fevralın 25-26-sı Londonda keçiriləcək.

"Report" Qırğızıstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tədbirdə XİN rəhbəri Jeenbek Kulubayev iştirak edəcək.

Səfər çərçivəsində Kulubayevin Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper, maliyyə təşkilatlarının rəhbərləri ilə ikitərəfli görüşləri, həmçinin Qırğızıstan-Böyük Britaniya Biznes Şurasının növbəti iclasında iştirakı planlaşdırılıb.

Ölkələr ikitərəfli və regional əməkdaşlığın aktual məsələlərini, eləcə də siyasi, ticari-iqtisadi və investisiya sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər