Elektron Giriş İcazəsi olmayanlar Britaniyaya buraxılamyacaqlar
Bu gündən etibarən 85 ölkədən gələn qonaqlar Böyük Britaniyaya daxil olmaq üçün əvvəlcədən Elektron Giriş İcazəsi (EEA) almalıdırlar, əks halda onların girişinə icazə verilməyəcək.
"Far.Az" xəbər verir ki, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyi məlumat verib.
Elektron Səyahət İcazəsi (ETA) sisteminə əsasən, Böyük Britaniyaya daxil olmaq üçün viza tələb etməyən bütün ziyarətçilər 16 funt sterlinqə (21,57 ABŞ dolları) onlayn olaraq əvvəlcədən giriş icazəsi almalıdırlar.
Bu tədbir 2023-cü ildə tətbiq edilmiş və ötən ilin aprel ayında avropalı turistlərə şamil edilmişdi, lakin buna riayət etmək məcburi deyildi. Lakin, 25 fevral tarixindən etibarən Böyük Britaniyaya gələn qonaqlardan Elektron Səyahət İcazəsi (ETA) tələb olunacaq.
Agentlik bildirib ki, bu o deməkdir ki, aviaşirkətlər Elektron Səyahət İcazəsi (ETA), Elektron Viza (eVisa) və ya digər etibarlı sənədləri olmayan sərnişinlərə təyyarəyə minməyə icazə verməyəcəklər.
Bununla belə, ikili vətəndaşlığı olanlar və Böyük Britaniyada yaşamaq hüququ olanlar da daxil olmaqla, Britaniya və İrlandiya vətəndaşları Elektron Səyahət İcazəsi (ETA) almaq tələbindən azaddırlar.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













