Yaqub Mahmudov: "Türkdilli dövlətlər" ifadəsindən əl çəkmək lazımdır
Far.Az xəbər saytı

Yaqub Mahmudov: "Türkdilli dövlətlər" ifadəsindən əl çəkmək lazımdır


Artıq "türkdilli dövlətlər" ifadəsindən əl çəkmək lazımdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri Yaqub Mahmudov qurumun 2025-ci il üzrə ümumi yığıncağında deyib.

O diqqətə çatdırıb ki, Azərbaycana qarşı ərazi iddialarının hələ ortadan qalxmadığı bir şəraitdə ölkənin tarixinin öyrənilməsi istiqamətində işlər daha da dərinləşdirilməlidir.

Y.Mahmudovun sözlərinə görə, hazırda türk dünyası tarixində həlledici dövr yaşanır və Azərbaycan bu prosesdə aparıcı rol oynayır:

"Mən buradan müraciət etmək istəyirəm. "Türkdilli dövlətlər" ifadəsindən əl çəkmək lazımdır. Artıq Türk Dövlətləri Təşkilatı yaradılıb və bu, "türkdilli dövlətlər" demək deyil. Belə olduqda elə bil, biz türk deyilik, bizim ağzımıza dil keçiriblər".

Oxşar xəbərlər

AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər