ABŞ gəmiləri Bəhreyndəki bazanı tərk edib
ABŞ Sahil Mühafizəsinin Bəhreyn bazasında yerləşən gəmilər qrupu bazanı tərk edərək Fars körfəzi sularına çıxıb.
"Far.Az" xəbər verir ki, bu barədə "The Associated Press" agentliyi ABŞ-nin "Planet Labs" şirkətinin çərşənbə axşamı çəkdiyi peyk görüntülərinə istinadən məlumat yayıb.
Əvvəllər ABŞ-nin Bəhreyndəki 5-ci donanmasının hərbi dəniz bazasında daimi olaraq Sahil Mühafizəsinin altı gəmisi yerləşirdi. ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) vəziyyətin şərhindən imtina edib.
Agentlik xatırladıb ki, ötən ilin iyununda İranın Qətərə hücumundan əvvəl 5-ci donanma analoji şəkildə potensial hücumdan qorunmaq üçün öz gəmilərini bazadan çıxararaq dənizdə müxtəlif istiqamətlərə paylamışdı.
Birləşmiş Ştatların Hərbi Dəniz İnstitutunun məlumatına görə, Fars körfəzinin şərqində, Hörmüz boğazı yaxınlığında ABŞ-nin "USS Mitscher" və "USS Michael Murphy" raket esminesləri, həmçinin "USS Canberra" sahil zonası döyüş gəmisi qalmaqda davam edir. Onların yerləşmə yerinin dəyişməsi barədə məlumat yoxdur. Bununla belə, daha əvvəl iki sahil zonası döyüş gəmisi - "USS Tulsa" və "USS Santa Barbara" artıq Fars körfəzindən çıxarılıb.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













