Paşinyan Aİ-nin Türkiyə ilə sərhəddə yeni infrastruktur qurulmasına dəstəyinə ümid edir
Ermənistan Avropa İttifaqının (Aİ) Ermənistan-Türkiyə sərhədində yeni infrastrukturun qurulmasında köməyinə ümid edir.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlərlə, diplomatlarla və analitik mərkəzlərin nümayəndələri ilə görüş zamanı bildirib.
"Hava sərhədi açıqdır, Ermənistandan Türkiyəyə müntəzəm reyslərimiz var və mən gözləyirəm ki, ikitərəfli reyslər artacaq. Ümid edirik ki, quru sərhəd də açılacaq. Yeri gəlmişkən, bizə Türkiyə ilə sərhəddə yeni infrastruktur lazım olacaq və hazırda biz Aİ-nin bu məsələni necə dəstəkləyə biləcəyini müzakirə edirik", - o qeyd edib.
Baş nazir bir daha təsdiq edib ki, Ermənistan tərəfi Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük avtomobilləri üçün marşrutu təmin etməyə hazırdır. Bunun üçün infrastruktur tamamilə hazırdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi













