Hava limanında qayçı itdi, uçuşlar ləğv edildi
Yaponiyanın "New Chitose" hava limanında qayçı itdikdən sonra 36 reys təxirə salınıb, 201 reys gecikib.
Far.Az yapon mətbuatına istinadən xəbər verir ki, Yaponiyanın Hokkaydo şəhərindəki "New Chitose" hava limanında mağazadan qayçı yoxa çıxıb.
Terminaldakı mağazadan qayçı itdiyi üçün təhlükəsizlik yoxlamaları təxminən iki saat dayandırılıb və yüzlərlə sərnişin hava limanında qapalı qalıb.
Gediş salonundakı sərnişinlər yenidən təhlükəsizlik yoxlamalarından keçməli olublar, bu da böyük növbələr və sıxlıq yaradıb.
Səlahiyyətlilər itən qayçını ertəsi gün həmin mağazada tapıblar. Bu hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: bəziləri hava limanını məsuliyyətli və təhlükəsiz olduğunu düşünsələr də, bəziləri bir qayçı üçün o qədər gözləməyi tənqid ediblər.
"New Chitose" Yaponiyanın ən işlək hava limanlarından biri kimi tanınır.
Qeyd edək ki, hava limanında qayçı itdikdən sonra 36 reys təxirə salınıb, 201 reys gecikib.
Far.AzOxşar xəbərlər
Paşinyan İrəvan merini yola salmağa çalışır - "Kaspi"nin TƏHLİLİ
Toyota Prius: Hibrid Avtomobillərin atası
Korotçenko: Azərbaycan müasir beynəlxalq siyasətin trendlərini müəyyən edən ölkələr sırasındadır
Şeremetyevo hava limanında böyük növbələr yaranıb - VİDEO
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
İrançılıq düşüncəsinin paradoksları













