KİV: İranda prezidentin iqamətgahı, məmurların evləri zərbələrə məruz qalıb - YENİLƏNİB
Far.Az xəbər saytı

KİV: İranda prezidentin iqamətgahı, məmurların evləri zərbələrə məruz qalıb - YENİLƏNİB


İrana endirilən zərbələr yüksək vəzifəli məmurların, hərbi xadimlərin və nazirlik əməkdaşlarının evlərinə yönəldilib.

"Report" xəbər verir ki, bu barədə İsrailin "Canal 12" telekanalı məlumat yayıb.

"Bu gün İrana endirilən zərbələr nazirlərin və hərbi rəhbərlərin evlərinə, Müdafiə və Kəşfiyyat Nazirliyinin obyektlərinə, prezident iqamətgahına və digər hədəflərə yönəldilib", - telekanal bildirir.

İsrailin İrana endirdiyi zərbələr zamanı partlayışlar yalnız Tehranda deyil, ölkənin digər şəhərlərində də eşidilib.

Bu barədə "Report" İran mediasına istinadən xəbər verir.

Partlayışlar İsfahan, Qum, Kərəc, Kirmanşah, Təbriz şəhərlərində və Lorestan əyalətində də baş verib.

Oxşar xəbərlər

Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ-nin böyük şəhərlərində Zəfər Günü qeyd olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər