Pezeşkian məktəbə zərbə endirilməsi ilə bağlı bütün imkanların səfərbər edilməsinə çağırıb
İran Prezidenti Məsud Pezeşkian ölkənin cənubunda İsrail və ABŞ-nin məktəbə zərbə endirməsi ilə bağlı açıqlama yayıb.
"Report" xəbər verir ki, M. Pezeşkianın sözügeədn açıqlaması İranın Azərbaycandakı səfirliyinin "Telegram" kanalında paylaşılıb.
"Bu vəhşi və insanlıqdan uzaq əməl, bu torpağa qarşı törədilmiş saysız-hesabsız cinayətlərin qara salnaməsində daha bir səhifə olmaqla, xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcək", - Pezeşkian bildirib.
"Eyni zamanda, regionda fəaliyyət göstərən xilasetmə, tibbi və aidiyyəti qurumlardan istəyirəm ki, bütün mövcud imkanlarını səfərbər edərək bu faciə zamanı xəsarət almış şəxslərin vəziyyətinə təxirə salınmadan, fasiləsiz və ən yüksək prioritetlə baxılmasını, habelə zərərçəkmiş ailələrin hərtərəfli qayğı ilə əhatə olunmasını təmin etsinlər", - mesajda qeyd olunub.
Qeyd edək ki, İranın cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdi həlak olub.
Oxşar xəbərlər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Pezeşkian: Minabda törədilən cinayət xalqın yaddaşından silinməyəcək
İran XİN: Məktəbə endirilən zərbədə 160-dək şəxs ölüb - YENİLƏNİB-6
İranda məktəbə endirilən zərbə nəticəsində həlak olanların sayı 85-ə yüksəlib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













