Xarici işlər naziri: Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə yardım edib
Azərbaycan 2020-ci ildən 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərib.
“Far.Az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən deyib.
XİN rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında çoxtərəfli münasibətlərin təhrif olunduğu dövrdə beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal çağırışlara kollektiv cavabın aktivləşdirilməsi üçün qətiyyətli addımlar atılıb.
“Heç kimi geridə qoymayaq” nəcib çağırışını rəhbər tutaraq Azərbaycan, ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir. Biz 2020-ci ildən 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərmişik”, – ölkənin baş diplomatı vurğulayıb.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ceyhun Bayramov BMT Baş Assambleyasının “Gələcək naminə Sammiti”ndə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













