Fransa Fars körfəzi ölkələrini və İordaniyanı İrandan qorumağa hazır olduğunu açıqlayıb
Fransanın xarici işlər naziri Jan-Noel Barro lazım gələrsə ölkəsinin Fars körfəzi ölkələrini və İordaniyanı İrandan qorumağa hazır olduğunu bəyan edib.
"Report" xəbər verir ki, o, bunu mətbuat konfransında bəyan edib.
"Bu gecə Britaniyanın Kiprdəki bazası hücuma məruz qalıb, məlumata görə, orada dron qəzaya uğrayıb; dost ölkələr - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq, Bəhreyn, Küveyt, Oman və İordaniya İslam İnqilabı Keşikçiləri Korpusunun raket və dronlarının məqsədyönlü hücumuna məruz qalıb və seçmədikləri müharibəyə cəlb ediliblər. Fransa bu ölkələrə tam dəstəyini və həmrəyliyini ifadə edir", - Fransa XİN başçısı qeyd edib.
Jan-Noel Barro Fransanın onların müdafiəsində iştirak etməyə hazır olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













