Novorossiyskdəki yanacaq terminalında yanğın tam söndürülüb - YENİLƏNİB-2
Novorossiyskdə yanacaq terminalında gecə saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində başlayan yanğın tam söndürülüb.
"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının Operativ Qərargahı məlumat yayıb.
"Terminalın yanalma körpüsündəki yanğın tam ləğv edilib", - məlumatda bildirilib.
Söndürmə işlərində 38 nəfər və FHN-in 10 texnikası iştirak edib.
Novorossiyskdə gecə pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yanacaq terminalında baş verən yanğın söndürülür.
"Report" xəbər verir ki, bu barədə Rusiya Krasnodar diyarının Operativ Qərargahı bildirib.
"Terminalın yanalma körpüsündəki yanğın 120 kv. metr sahədə lokallaşdırılıb. Fövqəladə vəziyyətin aradan qaldırılmasına Rusiyan Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə İdarəsinin əməkdaşları da daxil olmaqla 25 nəfər və 9 vahid texnika cəlb edilib", - məlumatda vurğulanıb.
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə Novorossiyskə (Rusiya) hücumu nəticəsində beş nəfər yaralanıb.
"Report"un Rusiya KİV-inə istinadən məlumatına görə, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev "Telegram" kanalında məlumat verib.
"Ən güclü zərbə Novorossiyskə dəyib. Beş nəfər yaralanıb, bütün zərərçəkənlərə tibbi yardım göstərilir", - məlumatda bildirilib.
Qeyd olunub ki, şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.
Qubernator bildirib ki, hücum nəticəsində səkkiz çoxmənzilli və doqquz fərdi ev, həmçinin uşaq bağçası zədələnib.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb













