Tramp: ABŞ və İsrail İranın 49 yüksəkvəzifəli rəsmisini məhv edib
Far.Az xəbər saytı

Tramp: ABŞ və İsrail İranın 49 yüksəkvəzifəli rəsmisini məhv edib


ABŞ Prezidenti Donald Tramp İrana endirilən zərbələr nəticəsində bu ölkənin 49 yüksəkvəzifəli nümayəndəsinin məhv edildiyini, bunun isə ölkənin idarə olunmasını ciddi şəkildə zəiflətdiyini bəyan edib.

"Far.Az" xəbər verir ki, Ağ Ev rəhbəri bunu CNN-ə açıqlayıb.

Onun sözlərinə görə, hazırda hətta iranlıların özləri də ölkəni kimin idarə etdiyini bilmirlər:

"Biz İranın 49 yüksəkvəzifəli nümayəndəsini məhv etdik. Onlar liderlər idi və bəziləri müxtəlif vəzifələrə nəzərdən keçirilirdi. Hazırda biz ölkəni kimin idarə etdiyini bilmirik. Onlar da bilmirlər".

ABŞ Prezidenti bildirib ki, iranlıların lovğalanıb bir yerə toplaşmaları onların məğlubiyyət səbəbidir.

O həmçinin əlavə edib ki, ABŞ İranla uranın zənginləşdirilməsinin dayandırılması barədə razılığa gələ bilməyib, danışıqlar üzrə təkliflər isə daim geri qaytarılıb.

Donald Tramp qeyd edib ki, son zərbələr İran təhdidinin neytrallaşdırılması və regionda təhlükəsizliyin gücləndirilməsi üzrə uzunmüddətli kampaniyanın bir hissəsidir.

Ağ Ev rəhbəri vurğulayıb ki, ABŞ və İsrailin addımları nüvə silahı təhdidinin qarşısının alınmasına və regionda strateji sabitliyin möhkəmləndirilməsinə yönəlib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər