Tramp İranın Yaxın Şərq ölkələrinə endirdiyi zərbələri böyük "sürpriz" adlandırıb
Far.Az xəbər saytı

Tramp İranın Yaxın Şərq ölkələrinə endirdiyi zərbələri böyük "sürpriz" adlandırıb


ABŞ Prezidenti Donald Tramp İranın Yaxın Şərq ölkələrindəki müxtəlif obyektlərə endirdiyi zərbələri böyük "sürpriz" adlandırıb.

"Far.Az" xəbər verir ki, ABŞ lideri bunu CNN-ə açıqlamasında bildirib.

Tramp İranın cavab zərbələrinə təəccübləndiyini deyib:

"Biz onlara dedik ki, öhdəsindən gələcəyik, indi isə onlar müharibə etmək istəyirlər və aqressiv müharibə aparırlar. Onlar çox müdaxilə etməmək niyyətində idilər, indi isə iştiraklarında israr edirlər".

O, İranın hava zərbələrindən ziyan görən ərəb dövlətlərinin - Bəhreyn, İordaniya, Küveyt, Qətər və BƏƏ-nin liderlərini güclü və ağıllı insanlar adlandırıb.

ABŞ Prezidenti həmçinin hesab edir ki, Yaxın Şərqin ən ciddi problemi İrandan gələn nüvə təhlükəsidir.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər