Serbiyanın İrandakı səfiri təxliyəyə görə Azərbaycana təşəkkür edib
Far.Az xəbər saytı

Serbiyanın İrandakı səfiri təxliyəyə görə Azərbaycana təşəkkür edib


Serbiyanın İrandakı səfiri Damir Kovaçeviç diplomatik nümayəndəliyin əməkdaşlarının bu ölkədən təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

"Report"un Cənub bürosunun məlumatına görə, səfir bu barədə "Astara" dövlət sərhəd buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında danışıb.

"Biz qardaş Azərbaycana, həqiqətən, minnətdarıq. Bütün Azərbaycan rəsmilərinə təşəkkür edirəm. Bizi burada çox mehriban qarşıladılar. Ölkələrimiz qardaş ölkələrdir, bizim çox geniş əlaqələrimiz var və buna bu gün bir daha şahid olduq", - səfir bildirib.

Xatırladaq ki, Serbiyanın İrandakı səfirliyinin beş diplomatı Azərbaycan vasitəsilə bu ölkədən təxliyə edilib.

Oxşar xəbərlər

Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər