Qətər İrana qarşı döyüş əməliyyatlarında iştirakını təkzib edib - YENİLƏNİB
Qətər Xarici İşlər Nazirliyi (XİN) İrana qarşı döyüş əməliyyatlarında iştirakını təkzib edib.
"Far.Az" xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Qətər Dövləti İrana qarşı müharibədə iştirak etmir, lakin özünümüdafiə və ölkəyə qarşı İran təcavüzünün qarşısını almaq üzrə qanuni hüququnu həyata keçirir", - o yazıb.
Ənsari həmçinin yalnız Qətər dövlət orqanlarının rəsmi bəyanatlarına inanmağa çağırıb.
Qətər Silahlı Qüvvələri İran ərazisinə zərbələr endirib.
"Far.Az" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, bu, Dohanin Tehranı mülki infrastruktura hücum cəhdində ittiham etməsi fonunda baş verib. Qətər cavab zərbəsi endirəcəyi barədə xəbərdarlıq etmişdi.
Nəşr bildirib ki, İran hökuməti hələlik zərbə ilə bağlı heç bir şərh verməyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Rahim Sterlinqin cəzası məlum oldu













