İrakli Kobaxidze: Gürcüstan regionda sülh prosesinə töhfə verməyə hazırdır
Gürcüstanın Baş naziri İrakli Kobaxidze regionda sülh və sabitliyin təşviq edilməsinin ölkəsinin əsas prioritetlərindən biri olduğunu bildirib.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, o, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə brifinqdə səsləndirib.
Baş nazir qeyd edib ki, regionda əməkdaşlığın inkişafında müsbət dinamika müşahidə olunur və bu, uzunmüddətli sabitlik üçün mühüm əsas yaradır.
O, xüsusilə Ermənistan və Azərbaycan arasında imzalanmış sülh müqaviləsinin regional təhlükəsizliyin güclənməsi baxımından vacib olduğunu vurğulayıb.
Kobaxidze Gürcüstanın sülh və əməkdaşlıq proseslərinə dəstək verməyə davam edəcəyini bildirib və ölkələr arasında dostluq və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













