Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb
Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) davam edən hərbi-siyasi gərginlik və hava məkanının bağlanması fonunda qazaxıstanlılara Yaxın Şərqin bir sıra ölkələrinə səfərlərdən müvəqqəti imtina etməyi tövsiyə edib.
"Far.Az"un Qazaxıstan bürosu bu ölkənin XİN-nə istinadən xəbər verir ki, ölkə vətəndaşlarına regionda aktiv hərbi əməliyyatların dayanmasını və vəziyyətin tam normallaşmasını gözləmək tövsiyə olunub.
XİN-də vurğulanıb ki, mövcud vəziyyətlə əlaqədar qazaxıstanlılar Bəhreyn, Misir, İsrail, Yəmən, İordaniya, İraq, İran, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Suriyaya səfərlərdən çəkinməlidirlər.
Nazirlik həmçinin vətəndaşları dövlət orqanlarının rəsmi məlumatlarını diqqətlə izləməyə və Qazaxıstanın xaricdəki diplomatik nümayəndəliklərinin tövsiyələrini nəzərə almağa çağırıb.
Oxşar xəbərlər
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













