Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Far.Az xəbər saytı

Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Krallığın Baş naziri Kir Starmer ilə telefon danışığı aparıb.

"Far.Az" xəbər verir ki, tərəflər Türkiyə ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətləri, regiondakı münaqişə prosesini, eləcə də qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyə ilə Birləşmiş Krallıq arasında əməkdaşlığı, xüsusilə müdafiə sənayesi başda olmaqla bütün sahələrdə inkişaf etdirmək iradəsinin güclü olduğunu və bunu daha da irəli aparmaq üçün addımlar atmağa davam edəcəklərini bildirib.

Türkiyə Prezidenti, həmçinin Türkiyənin Yaxın Şərqdəki prosesləri izlədiyini, müdaxilələrin uzanmasının regional və qlobal sabitliyə ciddi zərər verə biləcəyini qeyd edib. O, hələ də dialoq mühitinin qurulması üçün imkanların olduğunu və sülhyönümlü səylərin davam etdiyini vurğulayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər