Bu gün Tehranda İranın yeni lideri Müctəba Xameneiyə sədaqət andı içiləcək
Bu gün İranın yeni ali rəhbəri Müctəba Xameneiyə sədaqət andı mərasimi keçiriləcək.
"Far.Az" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, tədbir saat 15:00-da (Bakı vaxtı ilə 15:30-da) başlayacaq və Tehranın mərkəzindəki Azadi meydanında keçiriləcək.
Daha əvvəl məlumat verilmişdi ki, İranın Ekspertlər Şurası Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçib.
"The New York Times" yazıb ki, İranın əvvəlki ali rəhbərinin oğlu Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələri ilə tanınır. Qəzetin mənbələrinin sözlərinə görə, Əli Xameneinin həlak olmasından sonra SEPAH onun oğlunun təyin olunmasında israr edib.
Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının ilk günündə öz iqamətgahında öldürülüb.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













