ASCO-nun "Mingəçevir" gəmi-bərəsi əsaslı təmir edilib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Mingəçevir" gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb.
"Report" ASCO-ya istinadən xəbər verir ki, proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri təmir edilib. Bununla yanaşı, bərədə gövdə-qaynaq, boruquraşdırma, elektrik və avtomatika işləri yerinə yetirilib.
Gəmidə yeni "Navtex", "VHF" və "MF/HF" tipli stasionar radiostansiyalar quraşdırılıb, LAG, exolot və komanda yayım qurğularında isə əsaslı təmir-bərpa işləri aparılıb.
Gəminin sualtı və suüstü hissələri, maşın şöbəsi və baş göyərtəsi təmizlənərək rənglənib, heyətin yaşayış otaqları tamamilə yenilənib.
"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlərdən sonra dəniz sınaqlarını uğurla başa vuran gəmi-bərə yenidən istismara qaytarılıb.
Qeyd edək ki, "Mingəçevir" gəmi-bərəsinin uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 düyündür. Gəminin tam yükgötürmə qabiliyyəti isə 5985 ton təşkil edir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib
ASCO-nun "Bərdə" gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub













