Zelenski: Kiyev və Buxarest iki yeni elektrik ötürmə xətti inşa edəcək
Far.Az xəbər saytı

Zelenski: Kiyev və Buxarest iki yeni elektrik ötürmə xətti inşa edəcək


Kiyev və Buxarest Ukraynanın enerji təhlükəsizliyini təmin etmək üçün iki yeni elektrik ötürmə xətti inşa edəcək.

"Far.Az" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rumıniyalı həmkarı Nikuşor Danla görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Bu, Rusiyanın Ukraynanın enerji infrastrukturuna davamlı hücumları fonunda qəza zamanı Ukraynaya xeyli həcmdə elektrik enerjisi ötürməyə imkan verəcək", - o qeyd edib.

Onun sözlərinə görə, Ukrayna və Rumıniya arasındakı ilk enerji interkonnektorunu ilin sonuna qədər başa çatdırılmağı planlaşdırılır. İkinci, daha böyük interkonnektora gəldikdə isə, tərəflər onun da tikinti müddətini maksimum dərəcədə qısaltmağa çalışırlar.

Xatırladaq ki, daha əvvəl Slovakiya Rusiya neftinin "Drujba" boru kəməri vasitəsilə ölkə ərazisindən tranzitinin dayandırılmasından sonra Ukraynaya qəza rejimində elektrik enerjisi tədarükündən imtina etmişdi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər