Ombudsmanların Beynəlxalq Bakı Forumu çərçivəsində iqlim dəyişikliyi və insan hüquqları müzakirə olunub
Far.Az xəbər saytı

Ombudsmanların Beynəlxalq Bakı Forumu çərçivəsində iqlim dəyişikliyi və insan hüquqları müzakirə olunub


Ombudsmanların Beynəlxalq Bakı Forumu çərçivəsində “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda "İqlim Dəyişikliyi Təşəbbüslərində Milli İnsan Hüquqları Təşkilatları (NHRI) və Ombudsman İnstitutlarına dəstək strategiyaları" adlı panel müzakirəsi baş tutub.

"Report" xəbər verir ki, sessiyada çıxış edən xarici qonaqlar qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə edərək bu sahədə mövcud müsbət təcrübələrini paylaşıblar.

Sessiyada çıxış edən Şimali Makedoniyanın İctimai İnformasiyaya Azad Giriş Hüququnun Müdafiəsi Agentliyinin direktoru Plamenka Bojeva (Bojcheva) ətraf mühitin qorunması qədər insanların bu barədə məlumatlandırılmasının da önəmli olduğunu bildirib: "Ətraf mühitin qorunması insan rifahının qorunması deməkdir. Ölkələr qəbul edilən qərarların önəmi haqqında ictimaiyyətə əlçatan məlumatlar paylaşmalıdır. Bu mövzu həssasdır. İnsanların inamını doğruldacaq şəkildə addımlar atılmalıdır".

Filippinin İnformasiya Azadlığı-Proqramların İdarə Edilməsi Ofisinin Siyasət, Planlaşdırma və Dəstək Şöbəsinin məsul əməkdaşı Danisa Orculo (Danica Orcullo) Filippində iqlim sahəsində atılan addımlar barədə danışıb: "İctimaiyyətlə əlaqələr qurmaq üçün sosial media platformalarından geniş istifadə edirik. İqlim dəyişikliyi mövzusunda media savadlılığına xüsusi diqqət yetiririk. Məktəb proqramlarımızda da iqlim dəyişikliyi barədə bəzi dəyişikliklər var. İbtidai və orta məktəblərdə bu barədə bir sıra fənlər tədris olunur".

Panel sessiyası müzakirələrdən sonra başa çatıb.

Foto: Samirə Həsənova

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər