Pentaqon: Avropa ölkələrinin əksəriyyəti İrana qarşı əməliyyatı dəstəkləyir
Far.Az xəbər saytı

Pentaqon: Avropa ölkələrinin əksəriyyəti İrana qarşı əməliyyatı dəstəkləyir


Avropa ölkələrinin əksəriyyəti İrana qarşı əməliyyat zamanı ABŞ-yə fəal hərbi dəstək göstərir.

"Far.Az" xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Aleksus Qrinkeviç ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Mən deyərdim ki, bütövlükdə avropalı müttəfiqlərimizin əksəriyyəti, xüsusilə də hərbi səviyyədə İrana qarşı əməliyyatı son dərəcə dəstəkləyir. Onlar bazalara çıxış və öz hava məkanlarından keçmək hüququ verirlər", - hərbi komandan bildirib.

Qrinkeviç qeyd edib ki, avropalıların bu qərarları o cümlədən ABŞ-dən uçan hava gəmilərinin yanacaqla doldurulmasını, həmçinin İrana qarşı əməliyyat çərçivəsində hərbi təyinatlı yüklərin əhəmiyyətli hissəsinin daşınmasını təmin etməyə imkan verir.

General xatırladıb ki, ictimaiyyətə bəzi Avropa ölkələrinin kifayət qədər tez hərəkət etmədiyi və ya Vaşinqtona tələb olunan giriş imkanını təmin etmədiyi məlumdur. "Lakin Avropada hazırda Yaxın Şərqdə baş verən hadisələrə daha çox dəstək var", - Qrinkeviç vurğulayıb.

Oxşar xəbərlər

"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər