Media Trampın Kuba ilə bağlı planlarını açıqladı
ABŞ prezidenti Donald Tramp Kubaya iqtisadi təzyiq göstərmək və prezidentini dəyişdirmək istəyir.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidenti Donald Tramp Kubanı maliyyə cəhətdən Vaşinqtondan asılı vəziyyətə salmaq üçün iqtisadi təzyiqdən istifadə etmək istəyir və həmçinin ada dövlətinin prezidentini əvəz etməyi planlaşdırır.
Tramp və müttəfiqləri Vaşinqtonun "zəruri siyasi və iqtisadi islahatları həyata keçirməyə qadir olmadığını" düşündüyü Kuba prezidenti Miguel Dias-Canelin yerini tutmaq istəyirlər.
Amerika rəsmiləri artıq Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro ilə danışıqlar aparıblar.
Qərb yarımkürəsi işləri üzrə keçmiş dövlət katibinin köməkçisi Kimberli Breyer də qeyd edib ki, Ağ Ev Kubaya hərbi hücum etməyi planlaşdırmır, lakin çox güman ki, hakimiyyətin danışıqlar yolu ilə ötürülməsini həyata keçirmək niyyətindədir.
"Həm Venesuela , həm də Kubada əsas amil sabitlikdir. Administrasiya dəyişiklik istəyir, amma onun xaosa səbəb olmasını, kütləvi miqrasiyaya səbəb olmasını və ya düşmənlər üçün daha çox imkanlar yaratmasını istəmir. O, sabitliyin təmin edilməsinə əsaslanan tədricən yanaşmaya üstünlük verir", - deyə o bildirib.
Mart ayında Donald Tramp Kubada tezliklə rejim dəyişikliyinin baş verəcəyini elan edib. Daha sonra o , adanın hazırkı formasında "son günlərini yaşadığını" qeyd edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













